Yaşmanı su basdı

557
Sumqayıt şəhəri Yaşma bağları massivində bir neçə evi və evlərin həyətyanı sahəsini su basıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri Yaşma bağları massivində qarın intensiv əriməsi səbəbindən bir neçə fərdi yaşayış evi və həyətyanı sahələr su ilə dolub, insanlar həmin evlərdə köməksiz vəziyyətdə qalıblar.   FHN Sumqayıt Regional Mərkəzinin və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub, müvafiq qurumlar məlumatlandırılıb. Keçirilmiş xilasetmə əməliyyatları nəticəsində köməksiz qalan 3 sakin xilas edilib.XezerXeber

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər