Yay məktəbində 200 sumqayıtlı gənc iştirak edib – FOTOLAR

661
Sumqayıt gənclərinin “Yay Məktəbi” başa çatdı
 Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsindən Xeberle.com-a verlən məlumata görə, “Yay Məktəbi”ndə müxtəlif sahələri əhatə edən gənclər iştirak ediblər. Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə iyulun 21-dən başlayan və avqustun 11-də yekunlaşan gənclərin “Yay Məktəbi”nə 200-ə yaxın gənc cəlb edilib. Sumqayıt Heydər Əliyev Mərkəzindən başlayan “Yay Məktəbi”nin iştirakçıları Azərbaycanın qədim bölgələrindən olan Quba rayonunda Ümummilli Liderin abidəsini, Quba Soyqırımı Məzarlığını ziyarət edib, Memorial Komplekslə tanış olub, “Su səsi” istirahət mərkəzində gənclər arasında intelektual və əyləncəli oyunlar, idman yarışları, təbiətlə tanışlıq təşkil olunub. İştirakçılar Baş İdarənin xüsusi geyimləri ilə təmin ediliblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər