Yazıçımız nüfuzlu quruma üzv seçildi

953

Yazıçı Varis Ümumdünya Mənəvi Mədəniyyət Forumunun 3-cü Beynəlxalq “Mənəviyyat ulduzları” müsabiqəsinin Böyük Jürisinə üzv seçilib. Bu qurumda yazıçımız
Tatyana Yanovskaya (ABŞ), Oljas Süleymenov (Qazaxıstan), Atanas de Traçu (Fransa), Suxeyl Farax (Livan), Natalya Varenik (Ukrayna), Bronislava Volkova (Çexiya), Tomaz Tavadze (Gürcüstan), Nikolay Tolstikiv (Rusiya), Vlad Spektor (Almaniya), Zlata Dervaldene (Litva), İvaylo Petrov (Bolqarıstan) və Aleksandr Ratkeviçlə (Belarus) birgə çalışacaq.
Varis həm də müsabiqənin
builki təşkilatçıları – Ukrayna internet məkanı ədəbiyyat nəşriyyatları və Gürcüstan Yazıçılarının Yaradıcılıq İttifaqı tərəfindən Vladimir Sarişvili Fəxri Diplomu ilə təltif olunub.
Yazıçı saytımıza verdiyi açıqlamasında
Azərbaycan yazarlarının, ümumən ədəbiyyatımızın beynəlxalq aləmdə təbliği üçün bu şansdan maksimum yararlanmağa çalışacağını bildirib.
Qeyd edək ki, insan mənəviyyatını ortaya qoymağı, xalqlar arasında dostluğu, habelə humanizm və tolerantlığı təbliğ etməyi hədəfləyən 2020-ci il “Mənəviyyat ulduzları” müsabiqəsinə bir neçə nominasiyada işlər sentyabr ayının 1-dək qəbul ediləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər