Yeni açılan "Dəniz Mall"un içərisindən görüntülər - hansı mağaza və restoranlar olacaq? - SİYAHI (FOTOLAR)

4226

İyunun 1-də Bakı Bulvarı ərazisində möhtəşəm “Dəniz Mall” ticarət mərkəzi açıldı.

sumqayitxeber.com Day.Az-a istinadən bildirir ki, Sidney Opera Evinin memarlıq üslubunda inşa edilən Mall Azərbaycanda ən böyük ticarət mərkəzidir – 5 mərtəbəli, sahəsi 120,000 kvadratmetr olan, əyləncə məkanları, mağazalar, restoran və kinoteatr yerləşir.

Bunların arasında Nike, United Color of Benetton, Coffemania, Bir Iki Ekspress, Skechers, Accesorize, Kinderland, Penti, OVS Italian Fashion, PIDEM, Yargici, The Bagel Bar Coffee House, Parfois, LC Waikiki, Swarovski, Imaginarium, GEOX, KFC, Kofteci Ramiz, Pylones, Flash Kart, Bravo, Levi’s, Mayoral, Big Chefs, Colin’s Pandora, Alma Sore, McDonalds, Papa John’s, Entertainer, Courir, Okaidi, Original Marines, Ontop, Orchestra, Flo, Miniso, B&G Store, GO Sport var.

Dəniz Mall-ın sakinlər üçün əsas əyləncə məkanına çevriləcəyi gözlənilir. Mərkəzin binası 2007-ci ildə məşhur dizayner Çapman Taylor tərəfindən tərtib edilmişdir. Əvvəlcə konfrans mərkəzi, tədbirlərin və toyların məkanı kimi təsəvvür edilmişdi, lakin sonradan bunun ənənəvi alış-veriş yeri olmasına qərar verildi.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq ticarət mərkəzinin rəhbərliyi ziyarətçilərdən karantin qaydalarına əməl etmələrini, maskalar taxmağı və sosial məsafəni qorumağı xahiş edir.

Xatırladaq ki, Operativ Qərargahın qərarı ilə ticarət mərkəzlərinin ərazilərində yerləşən kinoteatrların, əyləncə mərkəzlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb, mağazalar və restoranlar isə açıqdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər