Yeni inzibati bina istifadəyə verilib

878

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sumqayıt İdarəsinin yeni inzibati binası istifadəyə verilib

Bu gün Sumqayıt şəhərində Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 3 saylı Ərazi Keyfiyyətə Dövlət Nəzarəti və 3 saylı Sınaq və Sertifikatlaşdırma İdarələrinin yeni inzibati binasının açılışı olub. Açılış mərasimində şəhər İcra hakimiyyətinin başçısı cənab Vaqif Əliyev, Respublika Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri cənab Ramiz Həsənov və şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.

Qeyd edək ki, inzibati binanın inşasına 2010-cu ilin mart ayında başlanılmış və dekabr ayının sоnunda başa çatdırılmışdır. Bina iki mərtəbədən ibarətdir və ümumi sahəsi 500 kvadratmetrdir. Binanın I mərtəbəsində 3 saylı Sınaq və Sertifikatlaşdırma İdarəsi, II mərtəbəsində 3 saylı Ərazi Keyfiyyətə Dövlət Nəzarəti İdarəsi yerləşdirilmişdir.

3 saylı Ərazi Keyfiyyətə Dövlət Nəzarəti İdarəsində Keyfiyyətə nəzarət və Metrоlоji nəzarət sektorları, 3 saylı Ərazi Sınaq və Sertifikatlaşdırma İdarəsində isə Ərzaq məhsullarının və Qeyri-ərzaq məhsullarının sertifikatlaşdırılması sektorları fəaliyyət göstərir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər