Yenidən sərt karantinə qayıdılır? – Qərargahdan açıqlama

840

Son günlər Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanan rəsmi rəqəmlərdə yoluxma sayında artım müşahidə edilir. Sosial şəbəkələrdə, eləcə də insanlar arasında yayılmış şayiələrə görə, avqust-sentyabr aylarında yenidən qapanmalar, məhdudiyyətlər olacağı söyləntiləri var.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a qərarların bütün göstəricilər nəzərə alınaraq verildiyi bildirilib.

“Yumşalmalardan sonra yoluxma sayında artım olması gözlənilən idi. Amma hazırda rəqəmlər narahatedici həddə deyil. Yoluxma sayı bu şəkildə davam edərsə sərt qapanmalara gedilməyəcək”, – məlumatda vurğulanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər