Yol polisi sürücüdən 300 manat istəyir?

1043

Sürücü Elxan Xıdırov DYP əməkdaşlarının öz rəislərini də saymadığını bildirir

Redaksiyamıza müraciət edən Sumqayıt şəhər Elxan Xıdırov yol polisinın ondan 300 manat məbləgində rüşvət istədiyini bildirib. E. Xıdırov dövlət başçısı İlham Əliyevə və redaksiyamıza ünvanladıgı məktubda hadisənin 8 yanvar 2011-ci ildə baş verdiyini bildiririb.

Onun yazdığına görə, Sumqayıt şəhərində hərəkət edərək Dövlət Yol Polisinə məxsus 10YP 968 dövlət nömrə nişanlı BMV avtomobilində olan polis kapitanı Fariz Əliyev və cavuş Tofiq Eyvazov tərəfindən saxlanılıb: “Onlar mənə yolun solunda saxlamaq əmri verdilər. Lakin həmin ərazidə digər maşın hərəkət etdiyindən saxlaya bilmədim. Belə olan təqdirdə yol polisləri hərəkət qaydalarını pozaraq, yolda qəza vəziyyəti törətməklə maşınımın qarşısını kəsdilər. Tofiq Eyvazov sənədlərimi əlimdən aldı. Daha sonra o telefonla kimisə cağırdı. Taksi ilə əraziyyə gələn polis cavuşu maşınımızı cərimə meydançasına apardı”. E. Xıdırov hadisədən dərhal sonra Sumqayıt Yol Polisinin rəisinin yanında olduğunu bildirib. Rəis E. Xıdırovu dinləyib və F. Əliyevə maşını buraxmagı əmr edib. Lakin F. Əliyev rəisin əmrinə tabe olmayıb. E. Xıdırovun sözlərinə görə F. Əliyev ondan 300 manat rüşvət tələb edib: “Biz rəisin yanından cıxıb Fariz Əliyevi gözlədik. O isə gələn kimi dedi ki, “Mən Azad-mazad tanımıram. 300 manat verin maşını aparın”. E.Xıdırov tələb olunan 300 manatı ödəmədiyi üçün maşınının hələ də cərimə meydancasında olduğunu bildirib.

Ə.MUXTARLI

Mənbə: “Bizim Yol” qəzeti

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Davud
    Yanvar 20, 2011 - 18:30

    Melumatin metninden ireli gelen choxlu ???-lar yaranir. Ona gore, bu melumat esasinda hadiseni birmenali sherh etmek telesikliye yol vermekdir. Kommentariyaya ehtiyac var.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər