Zakir Fərəcov premyerada – FOTOLAR

1475

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının kollektivi tamaşaçıların qarşısına yeni tamaşa ilə çıxıb. Süleyman Ələsgərov və İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” adlı məşhur musiqili komediyası bu dəfə Sumqayıt Dövlət Dram Teatrının səhnəsində “Toy olsun” adlı yeni tamaşa ilə  təqdim olunub və səhnə əsərinin premyerası keçirilib.

Premyerada Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak edib.

Sevgi, ailə-məişət mövzusunda olan tamaşa vəziyyət komediyası janrında  qurulub. Seçim azadlığı, hiylə, xəyanət,  ailə münasibətləri komik süzgəcdən keçirilərək tamaşaçıya  təqdim olunur.

Bu əsər əvvəllər Sumqayıt teatrında uğurlu səhnə yozumunu görüb. Yeni quruluşun fərqi rejissor yanaşması ilə bərabər həm də aktyor ansamblındakı özəllikdir.

Belə ki, respublikanın xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimov xüsusi dəvətlə teatrın yeni kreativ layihəsində rol alıblar.

Uzun illər əvvəl Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində tamaşaya qoyulan əsərdə Səməni obrazını məharətlə ifa edən xalq artisti Afaq Bəşirqızı yenidən bu rolu canlandırıb. Afaq Bəşirqızı Səməni obrazını bu dəfə ona doğma olan Sumqayıt Teatrının səhnəsində ifa edib.

28 ildən sonra Sumqayıt teatrında eyni səhnəni bölüşən tandemin tamaşada məharətlə oynadıqları rollar premyerada iştirak edən tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

DSC_0331DSC_0354

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər