Bu gün “son zəng” tədbirləri Sumqayıt şəhər məktəblərində təntənəli şəkildə qeyd olunub.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov “Stansı Sumqayıt” yaşayış sahəsində yerləşən 43 saylı tam orta məktəbdə keçirilən “Son zəng” tədbirlərində iştirak edib.
İcra Hakimiyyətinin başçısı müstəqil həyata qədəm qoyan məzunları, onların müəllimlərini və valideynlərini təbrik edib, öz bilik və bacarıqları ilə Azərbaycanın inkişafına töhfələr verməyi, dövlətimiz üçün layiqli vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzulayıb.
Tədbirdə çıxış edən müəllim və valideynlər də məzunları müstəqil həyata qədəm qoymaları münasibətilə təbrik edib, onlara müəllimlərin etimadını doğrultmağı arzulayıblar.
Məktəblilərin musiqili-bədii çıxışları ilə davam edən tədbir məzunlara xoş və duyğulu anlar yaşadıb.
Zakir Fərəcov “Son zəng” tədbirlərində iştirak edib – FOTOLAR
•
1808
“Son Zəng” tədbirində pedaqoji fəaliyyətdə fərqlənən bir qrup müəllimə fəxri fərmanlar təqdim edilib.