Zakir Fərəcova təşəkkürnamə verildi – FOTO

764

Qan donorluğunun inkişafına verdiyi dəstəyə görə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Mərkəzi Qan Bankı tərəfindən təşəkkürnamə ilə təltif olunub.

Təşəkkürnamə bu gün Mərkəzi Qan Bankı Sumqayıt bölməsinin müdiri Leyla Məhərrəmova tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova təqdim edilib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Ümumdünya Qan Donorları günü münasibəti ilə Mərkəzi Qan Bankı Sumqayıt bölməsinin müdiri Leyla Məhərrəmovanı təbrik edib.

Qeyd edək ki, hər il bütün dünyada 14 iyun – Ümumdünya Qan Donoru Günü kimi qeyd olunur.
Xatırladaq ki, Sumqayıt şəhərində davamlı olaraq qanvermə aksiyaları keçirilir.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər