Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun yerlərdə keçirdiyi səyyar qəbullar davam edir. Sumqayıt şəhərində sakinlərin müraciətlərini araşdırmaq və onları narahat edən məsələləri yerində həll etmək üçün növbəti səyyar qəbul-görüş keçirilib. Şəhərin 4-cü mikrorayon ərazisində keçirilən görüşdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sakinləri qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Şəhər rəhbəri qeyd edib ki, Sumqayıt şəhərində davamlı olaraq vətəndaşlarla görüşlər keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görülür.
Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan digər məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.
Müzakirə qapadılmışdır.