Zakir Həsənov bu deputatları təltif etdi - SİYAHI

1083
Milli Məclisin deputatları Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi ilə əlaqədar medalla təltif ediliblər.
sumqayitxeber.com xəbər verir ki, Modern.az-ın parlamentdən əldə etdiyi məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Milli Məclisin deputatları, o cümlədən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvləri “Azərbaycan Ordusunun 100 illiyi (1918 – 2018)” yubiley medalı ilə təltif ediliblər.
Yubiley medalını deputatlara  Müdafiə Nazirliyinin rəsmiləri, Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev təqdim edib .
Təltif olunanlar Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvləri Ziyafət Əsgərov, Aydın Mirzəzadə, Aqil Abbas, Adil Əliyev, Xanlar Fətiyev, Əliağa Hüseynov, Fərəc Quliyev, Elman Məmmədov, Hikmət Babaoğlu, Zahid Oruc, Bəxtiyar Sadıqov, Hacı Salayevdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər