Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Ermənistanın sərhəddə törətdiyi təxribatlara münasibət bildiirb.
Nazir iyulun 28-də ABŞ-ın Oklahoma Ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi və həmin ştatın Milli Qvardiyasının komandanı general-mayor Maykl Tompsonun təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.
Z.Həsənov azad edilmiş ərazilərdə, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədində yaranmış son vəziyyətə toxunaraq bu gün baş verən insidentlə bağlı onlara ətraflı məlumat verib, gərginliyin artırılmasına görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.