Zəfər Günü Sumqayıtda möhtəşəm konsert və atəşfəşanlıq olacaq  

4021

Noyabrın 8-də Zəfər Günü münasibəti ilə Sumqayıt şəhərində möhtəşəm konsert və atəşfəşanlıq olacaq.

Azərbaycanın tarixi zəfərinin ikinci ildönümü münasibəti ilə keçiriləcək konsert proqramı Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısındakı meydanda təşkil ediləcək. Konsert proqramında Azərbaycanın tanınmış müğənniləri Faiq Ağayev, Mir Yusif, Aygün Kazımova, Mübariz Tağıyev, İlhamə Qasımova, Məleykə Əsədova, Təyyar Bayramov, Aytən Məhərrəmova, Amil Həsənoğlu, Sədəf Budaqova, İlkin Əhmədov və “Natiq” Ritm Qrupu iştirak edəcəklər.

Konsert proqramının aparıcıları tanınmış simalar – Saleh Bağırov və Lalə Azərtaş olacaq.

Qeyd edək ki, konsert proqramı noyabrın 8-də saat 18.30-da başlayacaq və saat 21.00-da möhtəşəm atəşfəşanlıq olacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər