Zeynal Nağdəliyevdən seçki ilə bağlı – Açıqlama

470

“İşimizi elə qurmalıyıq ki, budəfəki seçkilər həm ölkədə, həm də beynəlxalq aləmdə yaxşı qiymətləndirilsin”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

“Hər birimizin vəzifəsi və məqsədi ondan ibarətdir ki, qarşıdakı prezident seçkilərini mütəşəkkil və heç bir qanun pozuntusuna yol vermədən keçirilməsini təmin edək. Bu istiqamətdə üzərimizə düşən vəzifələr və məsuliyyət aydındır. Qarşıda bizi gərgin iş rejimi gözləyir. İşimizi elə etməliyik ki, seçkilər həm ölkədə, həm də beynəlxalq aləmdə yüksək qiymətləndirilsin”, – o qeyd edib

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər