12 NOYABR – KONSTİTUSİYA GÜNÜ QEYD EDİLDİ

887

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi Təhsil Şöbəsilə birgə 12 noyabr – Konstitusiya Günü münasibətilə 12 noyabr 2010-cu il tarixində Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində orta ümumtəhsil məktəblərin X-XI sinif şagirdləri arasında “Konstitusiya və biz” adlı test-müsabiqə keçirmişdir.
Təhsil Şöbəsinin metodiki kabinet müdiri əməkdar müəllim Sabir Məmmədov Təhsil Şöbəsinin və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin birgə hər il məktəblilər arasında keçirtdiyi test-müsabiqənin mahiyyətindən danışmış, gənclərin vətəndaşlıq tərbiyəsində mühüm rol oynadığını qeyd etmişdir.Tədbirdə çıxış edən Baş İdarənin gənclərlə iş sektorunun müdiri Rüstəm Sadıqzadə mütəmadi olaraq keçirilən müsabiqələrin istedadlı yeniyetmə və gənclərin aşkara çıxarılmasında mühüm əhəmiyyətə malik olduğunu vurğulamışdır.Sonra şagirdlər təqdim edilmiş otuz sualı qırx beş dəqiqə müddətində cavablandırmışdır. Baş İdrənin və Təhsil Şöbəsinin əməkdaşlarından ibarət münsiflər heyətinin qərarına əsasən İ.Qayıbov adına 1 saylı orta məktəbin 11-ci şagirdi Abbas Məmmədov I yerə, 23 saylı orta məktəbin 11-ci sinif şagirdi Gülnar Mirzəzadə II yerə, 6 saylı orta məktəbin 10-cu şagirdi İlkin Hüseynov isə III yerə layiq görülmüşdür.Sonda qaliblərə Baş İdarənin Fəxri fərmanları və hədiyyələri, müsabiqənin bütün iştirakçılarına “Azərbaycan Respubliksının Konstitusiyası” təqdim olunmuşdur. Fizuli Cabbarov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər