Ailə faciəsi ilə bağlı rəsmi açıqlama

713

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Mətbuat Xidmətlərindən
2010-cu il noyabrın 11-nə keçən gecə saat 01.00 radələrində Sumqayıt şəhərinin 17-ci mikrorayonundakı 46 saylı evin qarşısında naməlum kişi meyiti tapılmışdır. Aparılmış araşdırmalarla mərhumun qonşuluqdakı 55 saylı binada yaşayan 1970-ci il təvəllüdlü Elşad Karpat oğlu Rüstəmzadə olduğu müəyyən edilmişdir. Səhər saat 9.30 radələrində onun yaşadığı mənzilə baxış keçirilərkən atası, 1928-ci il təvəllüdlü Karpat Rüstəmovun, həyat yoldaşı, 33 yaşlı Ülviyyə Rüstəmzadənin, qızları 12 yaşlı Samirə və 7 yaşlı Nərgizin küt alətlə qətlə yetirilmiş meyitləri tapılmışdır.

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin rəhbər işçiləri, həmçinin Sumqayıt Şəhər Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları hadisə yerində olmuşlar.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələri ilə cinayət işi başlanmışdır.
İlkin araşdırmalarla həmin gün saat 00.15 radələrində Elşad Rüstəmzadənin yaşadığı mənzildə atası Karpat Rüstəmovu, arvadı Ülviyyəni və 2 azyaşlı uşağını qəsdən öldürməsi, daha sonra isə özünü qonşuluqdakı doqquzmərtəbəli binanın damından ataraq intihar etməsi müəyyən edilmişdir.

O da müəyyən olunmuşdur ki, Elşad Rüstəmzadə son dövrlər psixi xəstəlikdən əziyyət çəkirmiş və bununla əlaqədar Sumqayıtdakı 2 saylı poliklinikaya müraciət etmişdir.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • BAHAR
    Noyabr 23, 2010 - 11:57

    AY ALLAH BU XEBERI ESIDENDE NECE GUN OZUME GELE BILMEDIM.ESAS DA O USQLARI FIKIRLESIREM.INSAN BALASINA NECE QIYARRR.ONSUZ DA COX VAXT BELE QETILLERDE “PSIXDI”DEYIRLER.ADAM OLDUREN ELBETTEKI NORMAL DEYIL PSIXDI.AMMA HER SEYI BUNUNLA DA BAGLAMAQ OLMAZ AXI.OAN QALSA O QEDER PROBLEMLER VAR KI,ELE HAMIMIZ PSIXIKDE,GUYA HANSIMIZ YAXSIYIQ KI.HAMI ESEBII.INDI DURUB AILEMIZI VURUB OLDUREK.BU OZDE XESTEXANAY MURACIET EDIB.EEH NEYSEE.HELE COX OLACAQ BELE HADISELER.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər