Anar Qasımlı: "Vəkillər Kollegiyasının xüsusi konstitusiya icraatı işlərinə cəlb olunması vəkilliyin artan nüfuzunun bariz nümunəsidir"

1804

“Bu gün həmkarım Fərid Həsənovla birlikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunda xüsusi konstitusiya icraatı qaydasında Azərbaycan Respublikası Prokurorluğunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin şərh edilməsi barədə sorğusuna baxılmasında iştirak etdik.”

Bu barədə Sumqayıt Regional Vəkil bürosunun müdiri Anar Qasımlı paylaşım edib.

Vəkil A.Qasımlı bildirib ki, növbəti dəfə Vəkillər Kollegiyası Konstitusiya Məhkəməsi tərədindən icraata cəlb olundu və mütəxəssis rəyi verdi. Vəkil Fərid Həsənov olduqca peşəkar şəkildə Kollegiyanın mövqeyini Məhkəmənin diqqətinə çatdırdı. Məhkəmənin qərarı elan olunduqdan sonra bu barədə ətraflı yazı yazmağı planlaşdırmışam. Hələlik onu deyə bilərəm ki, Vəkillər Kollegiyasının xüsusi konstitusiya icraatı işlərinə cəlb olunması vəkilliyin artan nüfuzunun və güclü təsisat olmasının bariz nümunəsidir.

Bu gün baxılan mövzu bilavasitə vəkillik fəaliyyəti ilə bağlı olduğundan və vəkillərin mənafeyinə toxunduğundan Kollegiyanın mövqeyi çox əhəmiyyətli idi. Vəkillər Kollegiyası vəkillərin mənafeyinin və vəkilin cinayət prosesində tam müstəqilliyinin qarantı kimi çıxış etdi, prokurorluq və polis orqanlarının vəkildən hal şahidi kimi istifadə etmək cəhdlərinin qarşısını almaq üçün ortaya tutarlı arqumentlər qoydu.

Məlumat üçün onu da qeyd edim ki, sorğu Resoublika Prokurorluğu tərəfindən verilsə də, sorğunun verilməsinin təşəbbüskarı Vəkillər Kollegiyasıdır. Məhz Rıyasət Heyətinin sədri cənab Anar Bağırovun iki nəfər vəkilin barəsində prokurorluğun şikayəti əsasında başlanılmış intizam icraatı çərçivəsində Baş prokurora müraciətindən sonra sorğu verilib.
Bu həm də onun göstəricisidir ki, xəbəri oldu-olmadı kütləvi şəkildə Vəkillər Kollegiyasına virtual hücum edərək, Kollegiyanı vəkilləri müdafiə etməməkdə, guya prokurorluq və digər dövlət orqanlarının şikayəti əsasında vəkilləri əsassız cəzalandırmaqda suçlayanların etdikləri qaragürühdan, qarayaxmadan başqa bir şey deyil.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası nüfuzlu və güclü təşkilatdır, öz üzvlərini bütün qanunsuz qəsdlərdən müdafiə edir, fəaliyyətində qanun pozuntusuna yol verənlər barəsində isə, müvafiq qanuni tədbirlər görür.

Fürsətdın istufadə edərək, vəkilləri müdafiə edən mövqeyinə və mənim də Konstitusiya Məhkəməsinin Plenumunda iştirak etməklə bu taruxi anın canlı iştirakçısı olmağıma şərait yaratdığına görə hörmətli Anar müəllimə təşəkkür edirəm!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər