Arzu Rəhimov Sumqayıtda vətəndaşlarla görüşdü

911

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov oktyabrın 19-da Sumqayıt şəhərində vətəndaşları qəbul edib. AZƏRTAC xəbər verir ki, əvvəlcə Xidmət rəisi Arzu Rəhimov və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsinin anıblar.
Sonra Ulu Öndərin adını daşıyan Mərkəzlə tanışlıq olub.
Daha sonra Arzu Rəhimov xidmətin Sumqayıt şəhər şöbəsinin inzibati binasında Sumqayıt, Abşeron, Qubadlı, Şuşa, Xocavənd, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Xocalı şəhər və rayonlarından olan sakinləri qəbul edib.
Qəbulda Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbulla bağlı müraciətlər üstünlük təşkil edib. Vətəndaşlar, həmçinin hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyəti ilə əlaqədar olaraq yaşadıqları əraziyə yaxın hərbi hissələrdə qulluq keçmələri, səhhətində olan problemlərlə və digər məsələlərlə də bağlı müraciətlər ünvanlayıblar.
Xidmətin rəisi qəbulda iştirak edən hər bir vətəndaşı diqqətlə dinləyib, onları narahat edən məsələləri araşdırıb, tövsiyə və tapşırıqlarını verib.

Qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Eyni zamanda, vətəndaşların Xidmətin fəaliyyət sahəsinə aid olmayan məsələlərlə bağlı, eləcə də şəxsi xarakterli müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər