“Azərikimya” İB-nin istehsalat sahələrində elektrik avadanlıqlarının yeniləşdirilməsi və bərpası işləri başa çatıb

697

ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin uğurla fəaliyyət göstərməsində kimya müəssisələrinin energetika sahələrində genişmiqyaslı təmir-bərpa işlərinin aparılması, elektrik avadanlıqlarının yenidən qurulması və təzələnməsi mühüm rol oynayır.
Görülmüş işlərin, o cümlədən enerjidaşıyıcıların vahid məhsul istehsalına sərfinin azaldılmasının nəticəsi olaraq ümumi əmtəəlik məhsulun dəyərində onların xüsusi çəkisi 14 faizdən də aşağı salınmışdır. Zavodlardakı istehsalat sahələrinin əksəriyyətinin böyük enerji tutumlu olmasına baxmayaraq, Birlik üzrə enerjidaşıyıcıların bütün növlərinə – elektrik və istilik enerjisinə, təbii qaz və texniki suya qənaət edilmişdir ki, bu da həmin sahələr üzrə maliyyə xərclərinin xeyli azaldılmasına səbəb olmuşdur.

Birlik müəssisələrinin əksər istehsalat sahələrində istismar müddəti başa çatmaqda olan əsas elektrik avadanlıqları, kabel xətləri, sayğaclar yeniləri ilə dəyişdirilmiş, xidmət personalının təhlükəsizliyinin təmin olunması məqsədi ilə bir sıra tədbirlər həyata keçirilmişdir.

Qeyd edək ki, son iki ildə enerjidaşıyıcıların daha səmərəli və qənaətlə istifadə olunmasının diqqət mərkəzində saxlanıldığı “Azərikimya” İB-nin bütün istehsalat sahələrində, o cümlədən, 35 hektara qədər ərazidə salınmış yaşıllıq zolağında da su sayğacları quraşdırılmış və izafi su sərfinin qarşısı alınmışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər