“Azərikimya” yeni texnika alıb

786

ARDNŞ tərəfindən “Azərikimya” İstehsalat Birliyinin maşın-mexanizm parkının yeni texnika və mexanizmlərlə təchizatına xüsusi diqqət yetirilir, bu istiqamətdə intensiv işlər görülür. “Azərikimya” İB-nin maddi-texniki bazasını gücləndirmək məqsədilə bu günlərdə Nəqliyyat və Xüsusi Texnika İdarəsinə kiçik və orta həcmdə yüklərin daşınması məqsədilə 4 ədəd avtokara gətirilmişdir. Bununla da son 8 ayda Birlik üçün gətirilmiş yeni texnika və mexanizmlərin sayı 54-ə çatdırılmışdır. 3,5 ton ağırlığında yükgötürmə və daşıma qabiliyyətinə malik olan avtokaraların hər biri müxtəlif təyinatlı avadanlıqları 4 metr hündürlüyə qədər qaldırmaq gücündədir. Bu isə istehsalat sahələrində yüklərin qəbulu və yola salınması işlərinin operativliyini təmin etməklə yanaşı, əməyin mühafizəsi və yüngülləşdirilməsi sahəsində daha bir mühüm addımdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər