Elcan və Aysun seçki gününü ikiqat bayram etdilər - SUMQAYITDA

221

Aysun Qasımova və Elcan Allahverdiyev Sumqayıt şəhərinin 6-cı mikrorayondakı 20-ci binada yaşayırlar. Aprelin 11-i onların doğum tarixidir. İlk dəfə səsvermə hüququ qazanan gənclər Sumqayıtdakı 42 saylı Seçki dairəsinin 37 saylı məntəqəsində səs verməyə gələndə onları  gül-çiçəklə qarşıladılar. MSK sədrinin təbrikləri və hədiyyələr gənclərə çatdırıldı.  Milli Məclisin deputatları Tahir Mirkişili və Mahir Abbaszadə, dairə seçki komissiyasının sədri Ruslan Hacıyev və ATƏT müşahidə missiyasının üzvü   hər iki gənci doğum günləri münasibətilə təbrik etdilər. Bildirildi ki,   gənclərimiz cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Ölkəmizin elə bir sahəsi yoxdur ki, orada gənclərin gücündən istifadə edilməsin. Bu günkü səsvermədə iştirak edən gənclərimiz öz sabahlarına, gələcəklərinə doğru addım atırlar.  Aysun və Elcan üçünsə ikiqat bayramdır. Ad günlərini ilk dəfə səsvermə  ilə qeyd edirlər. Hər kəs   gənclərə uğurlu həyat,  müvəffəqiyyətlər dilədi.

Elcan Allahverdiyev və Aysun Qasımova bülletenlərini götürüb seçki kabinəsinə keçdilər və istədikləri namizədə səs verdilər.

 Əli NƏCƏFXANLI,

“Xalq qəzeti” 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər