Eyvaz Qocayevdən yeni layihə

654

Azərbaycanın internet məkanına “musahibe.info” adlı yeni sayt daxil olub.
Dünəndən etibarən fəaliyyətə başlayan saytın məqsədi müxtəlif sahələrə aid müsahibələri işıqlandırmaqdır. “Qafqazinfo”ya bu barədə saytın layihə müəllifi və baş redaktoru Eyvaz Qocayev məlumat verib.

Onun sözlərinə görə, “müsahibələrin yeganə ünvanı” kimi işə başlayan saytda siyasət, cəmiyyət, idman, biznes, təhsil, mədəniyyət və s. kimi bölmələr hazırlanıb: “Hələlik saytda istinad mənbələri göstərilməklə, ölkənin digər mətbu orqanlarında da yer alan müsahibələr toplanılaraq cəmləşdirilir. Amma gələcəkdə onlarla yanaşı, daha çox öz müsahibələrimizə üstünlük veriləcək”.E.Qocayev internet məkanında artan sayt bolluğunda rəqabətdən çəkinmədiklərini də deyir: ”Azərbaycanda bu cür ixtisaslaşmış, yəni yalnız müsahibələrdən ibarət sayt yoxdur. Gələcək planlarımızda video və audio müsahibələrin də sayta yerləşdirilməsi nəzərdə tutulur”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər