GƏNC MÜƏLLİMLƏR ŞURASININ YENİ RƏHBƏRLİYİ SEÇİLDİ

878

Sumqayıt şəhər Təhsil Şöbəsinin nəzdində Gənc Müəllimlər Şurasının 10 dekabr 2010-cu il tarixində Təhsil Şöbəsinin konfrans zalında İdarə Heyətinin iclası keçirilmişdir. İdarə Heyətinin üzvləri – 13 saylı orta məktəbin ingilis dili müəllimi Şəfa Rzayeva sədr, 28 saylı orta məktəbin informatika müəllimi Fərid Ağahüseynov, 42 saylı orta məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Hənarə Rzayeva və 47 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçi müəllimi Leyla Bayramova isə sədr müavinləri seçilmişdir.

İclasda  iştirak edən Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov və Təhsil Şöbəsinin Metodiki kabinetinin müdiri, əməkdar müəllim Sabir Məmmədov Şuranın yeni rəhbərliyini təbrik edərək onlara uğurlar və daha da fəal olmalarını arzulamışdır.

İdarə Heyətinin iclasında Şuranın gələcək fəaliyyətinin daha da aktivləşdirilməsi barədə geniş fikir mübadiləsi aparılmışdır.

Sumqayıt şəhər Gənclər və İdman  Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri, Rüstəm Sadıqzadə

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər