İşsizlərin nəzərinə: Sumqayıtda əmək yarmarkası keçiriləcək

2755

18 dekabr 2018-ci il tarixdə Sumqayıt şəhərində əmək yarmarkası keçiriləcək. 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində əmək yarmarkası keçiriləcək.

Sumqayıt Dövlət Universitetində keçiriləcək yarmarka saat 10:00-da başlayacaq.  Əmək yarmarkasında 30-dan çox müəssisə iştirak edəcək və 270 vakant iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim olunacaq.

Əmək yarmarkasında müvəqqəti işlərə və ödənişli ictimai işlərə cəlb olunmaq istəyən şəxslərin qeydiyyatı da aparılacaq. Belə ki, 2019-cu il üçün 1000-dən artıq ictimai işlər Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən işsiz və işaxtaran vətəndaşlara təqdim ediləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər