“Karyera Bələdçisi” kitabının ilk təqdimatı oldu

723

IREX Sumqayıt İcma Məlumat Mərkəzində Eyvaz Qocayevin “Karyera Bələdçisi” kitabının təqdimatı keçirilib

Tədbiri mərkəzin adminstratoru Günel Rəcəbova açıq elan edərək bildirib ki, kitabın təqdimatı İREX SİMM-nin təşəbbüsü ilə baş tutub və gələcəkdə müəllifin iştirakı ilə seminarların keçirilməsi də nəzərdə tutulur.

E.Qocayev kitab haqqında tədbir iştirakçılarına ətraflı məlumat  verib. Müəllif qeyd edib ki, gənclərlə iş axtarışı mövzusunda keçirdiyi bir çox təlimlər nəticəsində belə bir kitabın yazılmasına ehtiyac olduğunu hiss edib. Kitabın yazılmasında əsas məqsəd gənclərin özünü yaxşı tanıması, hansı bacarıq və qabiliyyətin daha çox inkişaf etdiyini müəyyənləşdirməkdə onlara yardım etmək, özünə uyğun peşələri tapmaq, bu peşəyə yiyələnmə istiqamətində ilkin addımların atılması və başqa maraqlı məqamlara aydınlıq gətirilib.

Tədbir iştirakçıları onları maraqlandıran sualları müəllifə ünvanlayıb, həmçinin iş axtarışında qarşılarına çıxan bəzi problemləri müzakirə ediblər. Diskussiya nəticəsində məlum olub ki, gənclər işə götürənə özünü təqdim etməkdə, iş anketlərinin hazırlanmasında kifayət qədər səhvə yol verirlər. Buna görə CV hazırlanması və müsahibədə necə davranmaq kimi məqamlara da kitabda geniş yer ayrılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər