Mədəniyyət “Rövşən” ritm qrupu Sumqayıtda çıxış edəcək

836

Rövşən Cabbarovun rəhbərlik etdiyi “Rovşən” ritm qrupu oktyabrın 23-də H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Komediya Teatrında növbəti solo-konsertini təqdim edəcəkdir.
Bu barədə AzərTAc-a məlumat verən qrupun rəhbəri R.Cabbarov bildirmişdir ki, hazırda konsertə ciddi hazırlıq görülür. Konsertdən iki ay əvvəl artıq məşqlərə başlamışdıq. Ümid edirik ki, həmin gün tamaşaçılara maraqlı ritmli anlar bəxş edə biləcəyik. Artıq konsertə bütün biletlər satılıb qurtarmışdır.
Qrup rəhbəri vurğulamışdır ki, həmin gün bir çox sənətçilər də “Rövşən” ritm qrupuna öz ifaları ilə dəstək verəcəklər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər