Məhəbbət Məhərrəmov Fəxri Fərmanla təltif olundu – FOTO

1419

Sumqayıt şəhərində səhiyyənin inkişafında  böyük xidmətləri olan Məhərrəmov Məhəbbət Fərman oğlu 80 illik yubileyi münasibəti ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sərəncamı ilə fəxri fərmanla təltif olunub.

Qeyd edək ki, Məhərrəmov Məhəbbət Fərman oğlu 1940-cı il, avqust ayının 23-də Qubadlı rayonunun Məmər kəndində anadan olmuşdur. 1957-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Əczaçılıq fakultəsinə daxil olmuş, 1962-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirmişdir. 1962-ci ildən Sumqayıtda çalışır. Bir neçə il şəhərin ayrı-ayrı apteklərinə rəhbərlik etmiş, 1975-ci ildən 415 saylı aptekdə müdir vəzifəsində çalışmışdır. 1999-cu ildən aptek açıq tipli səhmdar cəmiyyətinə çevrilmiş,  Məhəbbət həkim idarə heyətinin sədri seçilmişdir.
M.Məhərrəmov iki çağırış Sumqayıt şəhər xalq deputatları sovetinin deputatı olmuşdur. 1986-cı ildə SSRİ Səhiyyə Nazirliyinin əmri ilə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltiv edilmişdir.

2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına, 2016-cı ildə isə Prezidentin “Fəxri Diplomu” na layiq görülmüşdür.
Yeni Azərbaycan Partiyasının üzvüdür.  Ailəlidir. 3 övladı, 10 nəvəsi vardır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər