Milli Net -2010 qalibləri məlum olacaq

608

Nominatlar arasında sumqayitxeber.com saytı da var

Dekabrın 4-ü  saat 15-də Ambassodor Otelində Milli Net -2010 qaliblərinin mükafatlandırılmasına həsr olunan Təqdimat mərasimi keçiriləcək.

01 oktyabr 2010-cu il tarixdə başlanan Milli İnternet Mükafatı uğrunda  Müsabiqəyə 04 dekabrda yekun vurulacaq  və 14 Nominasiya üzrə qaliblərin adları açıqlanacaq.

Hər bir  Nominasiya üzrə 1-ci yerlərin qaliblərinə  Müsabiqənin əsas Mükafatının – tuncdan hazırlanmış, 5 kq. ağırlığında və 30 sm. hündürlüyündə hörümçək toru formasında butanın verilməsi nəzərdə tutulub. Eyni zamanda Nominantlara Müsabiqənin Diplomlarının verilməsi nəzərdə tutulub.

Hazırda 14 Nominasiya üzrə 74 Nominant arasında keçirilən səsvermənin 2-ci mərhələsi davam edir. Səsvermə  02 dekabr tarixdə başa  çatacaq.

Xatırladaq ki, müsabiqəyə ümumilikdə  437 sayt təqdim olunub və  309 sayt müsabiqə şərtlərinə uyğun gəldiyi üçün qəbul olunub.

“Media və İnformasiya” nominasiyası üzrə 27 sayt  müsabiqəyə qoşulub və səsvermənin 1-ci mərhələsinin yekununda 7 sayt Nominant statusu alıb ki, onlardan biri də sumqayitxeber.com saytıdır.

Təqdimat mərasimində İnternet ictimaiyyətinin nümayəndələrinin, dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin və media nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Təqdimat mərasiminin İnternetdə birbaşa yayımlanması nəzərdə tutulub.

Milli Net-2010 Müsabiqəsinə Azercell, DeltaTelekom və HP şirkətləri dəstək verirlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər