Öpüşməyə qoymayan polisi maşınla vuran sumqayıtlı qadın olub

630

Bir neçə gün bundan əvvəl Dağüstü parkda polis serjantının maşınla vuran adamın şəxsiyyəti məlum olub.

Gün.Az-ın Daxili İşlər nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə əsasən, polis əməkdaşı Babayev Aqşin Murad oğlunu vuran maşının sükanı arxasında qadın olub.

Səbail RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 19-da RPİ-nin əməkdaşı Aqşin Babayevin Sumqayıt şəhər sakini Leyla İsakovanın idarə etdiyi “KİA-Rio” markalı avtomaşınla vurulması müəyyən edilib.

Xatırladaq ki, həmin gün polis serjantı Ərazidə-Dağüstü parkda asayişi qoruyan polis əməkdaşı burada qızla sevişən bir gəncə xəbərdarlıq edib və ictimai nizam-intizama dəvət edib.

Lakin həmin şəxs polislə mübahisəyə başlayıb. Daha sonra isə “Kia Rio” markalı avtomobilinə minərək polisi vurub. Həmin şəxs dərhal ərazidən uzaqlaşıb.

Babək Cahandarov
Gün.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər