Prezident DTX-nın Sumqayıt Şəhər İdarəsinin rəisi Samir Həsənovu təltif etdi – SƏRƏNCAM

6649

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında da sərəncam imzalayıb. 

Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi münasibətilə və milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə qarşı mübarizədə fərqləndiklərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuları təltif ediliblər.

sumqayitxeber.com xəbər verir ki, təltif olunanlar arasında Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt Şəhər İdarəsinin rəisi Samir Həsənov da var. Prezidentin sərəncamı ilə polkovnik Həsənov Samir Tələt oğlu  “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər