Qazilərlə görüşlər davam edir

862

Sumqayıt şəhərində Böyük Qələbə ilə başa çatan Vətən müharibəsində sağlamlığını qismən itirən və qazi adını daşıyan döyüşçülər evlərində ziyarət olunub.
Ziyarət olunan qazilər işğalçı Ermənistan ordusu üzərindəki tarixi qələbədən, bu qələbədə şəhidlik zirvəsinə ucalan və qazi adını daşıyan igid oğulların xidmətlərindən danışılıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Millət vəkili Hicran Hüseynovanın nümayəndəsi qazilərin və ailə üzvlərinin qayğıları ilə maraqlanıb, onların daim diqqətdə olacaqlarını bildiriblər.
Qazilər Silahlı Qüvvələrimizin şərəfli döyüş yolundan danışıb, onları ziyarət etdikləri üçün təşəkkürlərini bildiriblər. Dövlət başçısının şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq ediblər.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər