QMİ Aşura günü qan veriləcək ünvanları açıqladı - Sumqayıtda bu ünvanda

1984

Məhərrəm ayında Aşura günü ilə bağlı Azərbaycanda qanvermə aksiyasının keçiriləcəyi ünvanlar açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Open.az-a verilən məlumata görə, qanvermə aksiyası 28 yerdə (24 rayon və şəhərdə) nəzərdə tutulub.

Bunlardan 20-si məsciddə, 8-i isə mərkəzi xəstəxana şəraitində olacaq.

Bu il ilk dəfə olaraq QMİ Qazilər şurasının fətvasına əsasən, əlavə olaraq xəstəxanalarda da qanvermə aksiyası keçirilir.

Ünvanlar aşağıdakılardır:

İmam Əli məscidi (Binəqədi)

14 saylı Birləşmiş şəhər xəstəxanası (Xəzər)

Mirmöhsün ağa ziyarətgahı (Xəzər)

Əjdərbəy məscidi (Nəsimi)

20 saylı şəhər poliklinikası (Nəsimi)

Şah Abbas məscidi (Nizami)

Rəhimə xanım ziyarətgahı (Sabunçu)

Bibiheybət məscid ziyarətgahı (Səbail)

İçərişəhər cümə məscidi (Səbail)

Qaraçuxur məscidi (Suraxanı)

Təzə Pir məscidi (Yasamal)

Hacı Soltanəli məscidi (Yasamal)

İmamzadə kompleksi (Gəncə)

Böyük bazar məscidi (Lənkəran)

Heydər məscidi (Mingəçevir)

Sumqayıt şəhər Cümə məscidi

İmam Əli məscidi (Şəki)

Mərkəzi qan bankının Şirvan bölməsi

Ağcəbədi rayon Mərkəzi Xəstəxanası

Ağsu rayon Mərkəzi Xəstəxanası

Beyləqan rayon Mərkəzi Xəstəxanası

Bərdə İmamzadə

Biləsuvar Cümə məscidi

Cəlilabad rayon Mərkəzi Xəstəxanası

Əbülfəzlil Abbas məscidi (Göyçay)

Xaşmaz şəhər məscidi

Mərkəzi qan bankının Quba bölməsi

Masallı şəhər Cümə məscidi.

Qeyd edək ki, Aşura günü sentyabrın 20-nə təsadüf edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər