SDU-da 85 illik yubiley tədbiri

704

Sumqayıt Dövlət Universitetində universitetin fəlsəfə və hüquq kafedrasının müdiri, Əməkdar Müəllim, fəlsəfə elmləri doktoru, professor Həsən Sadıqovun 85 illik yubiley tədbiri keçirilib.

Tədbirdə çıxış edən universitetin rektoru, professor Nadir Qəhrəmanov yubilyarı təbrik edərək qeyd edib ki, professor Həsən Sadıqov Sumqayıt Dövlət Universitetinin əsasını qoyanlardan biridir, onun elm və təhsil sahəsindəki xidmətləri dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib.

“Bu gün Sumqayıt Dövlət Universitetində ölkəmizin aparıcı təhsil ocağına çevrilib, müasirləşib və təhsilin keyfiyyəti artırılıb. Universitetimiz dünyanın bir çox tanınmış təhsil ocaqları ilə əlaqələr qurub. Bütün bu uğurların qazanılmasında professor Həsən Sadıqovun xidmətləri əvəzsizdir” – deyə rektor bildirib.

Universitetin Rus dili kafedrasının müdiri, professor Ramazan Məmmədov yubileyarın həyat və yaradıcılıq yolu barədə məlumat verib, təbriklərini çatdırıb.

“Azərikimya” İstehsalat Birliyinin sədri, millət vəkili Muxtar Babayev çıxış edərək yubileyarı təbrik edib, professor Həsən Sadıqovun şəhərimizin ziyalı və ağsaqqallarından biri olduğunu, sumqayıtlı kimyaçıların onu öz müəllimləri kimi qəbul etdiklərini söyləyib.

Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Rasim Xalıqverdiyev rayon ictimaiyyətinin və rayon icra hakimiyyətinin təbriklərini yubilyara çatdırıb.

Daha sonra tədbirdə şair-publisist əvəz Mahmud Lələdağın, “Xəzər” Səhmdar Cəmiyyətinin prezidenti Qüdrət Kərimovun, Sumqayıt şəhər Bələdiyyəsinin Təşkilat Şöbəsinin müdiri Gülrəng Cümşüdovanın, SDU-nun Tarix fakültəsinin dekanı professor Adil Baxşəliyevin çıxışları və təbrikləri dinlənilib.

Sonda yubilyar göstərilən diqqətə görə ölkə başçısına, universitet rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər