“Şəhid anası işə bərpa olunub”

852

“Şəhid anasının çalışdığı “Elat” quşçuluq fabriki Abşeron rayonu ərazisində yerləşməsinə baxmayaraq Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbərliyi məsələyə qarışdıqdan sonra şəhid anası Məhbubə Hüseynova işə bərpa olunub”

Bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən məlumat verilib.

Şəhid ailələri və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkənin hər yerində olduğu kimi Sumqayıt şəhərində də diqqət mərkəzində saxlanılır. Şəhər rəhbərliyinin tapşırığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələri və müharibədə yaralanmış qazilərlə bağlı işçi qrup fəaliyyət göstərir.
Sumqayıt Şəhrə İcra Hakimiyyətinin əməkdaşları şəhid və qazi ailələrini ziyarət edir, onların qayğıları ilə maraqlanır.
Qobustan rayonunda qeydiyyatda olan Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Adil Akif oğlu Rzayevin anasının işdən çıxarılması ilə bağlı məsələ Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən öz həllini tapıb. Abşeron rayonunda fəaliyyət göstərən “Elat” quşçuluq fabrikində çalışan Şəhid anası artıq işə bərpa olunub.
Qeyd edək ki, ailə Qobustan rayonunda qeydiyyatda olmasına baxmayaraq ailənin arzusu nəzərə alınaraq şəhidimiz Adil Akif oğlu Rzayev Sumqayıtın şəhidlər Xiyabanında dəfn olunub. Digər şəhid ailələri kimi bu ailə dədiqqət mərkəzində saxlanılır. Ailəyə ərzaq və maddi yardım göstərilmişdir.
Qeyd edək ki, şəhid anası mətbuata müsahibəsində “Elat” quşçuluq fabrikində işdən çıxarılması ilə bağlı məlumat vermişdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər