Şəhid Eldar Abdullayevin övladı dünyaya gəldi – FOTO

1108

Vətən müharibəsində şəhid olan  Azərbaycan Ordusunun baş giziri, hərbi tibb qulluqçusu Eldar Abdullayevin övladı dünyaya gəlib. Şəhidimizin üçüncü qız övladı Real Tibb Mərkəzində dünyaya göz açıb.

Qeyd edək ki, Eldar Abdullayev 1982-ci il iyulun 23-də Sumqayıt şəhərində anadan olub. Ailəli idi.

Azərbaycan Ordusunun baş giziri olan hərbi tibb qulluqçusu Eldar Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Eldar Abdullayev oktyabrın 18-də Zəngilan döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər