Sumqayıt 100 faiz işıqla təmin olunub - RƏSMİ AÇIQLAMA

1696
Məlumdur ki, ötən gecə Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) altıncı blokunda baş verən qəza yanğınla nəticələnib və nəticədə ölkənin bir çox yerlərində elektrik enerjisinin verilməsi dayanıb.
“Azərişıq”dan bildirilib ki, hazırda ölkənin elektroenergetika strukturlarının gərgin əməyi sayəsində Respublika və paytaxt Bakının böyük hissəsi elektrik enerjisi ilə təchiz olunub. Artıq Bakının 100 faizinə, regionların isə ümumilikdə 80 faizinə elektrik enerjisi verilib.
Bəs Sumqayıtda vəziyyət necədir?
 Sumqayıt Elektrik Şəbəkəsinin baş mühəndisi Arzuman İsmayılov şəhər ərazisinin 100 faiz enerji ilə təmin olunduğunu bildirdi: “Sumqayıt dünən respublika ərazisində ilk işıq görən şəhərlərdən biri olub. Çünki gecə ikən biz problemi həll etmişik. Hazırda şəhər ərazisi 100 faiz enerji ilə təmin olunub. Dünən gecədən bəri işdəyik və gücləndirilmiş iş rejiminə keçmişik, bütün maşın və mexanizmlərimiz, işçi qüvvələrimiz cəlb olunub və məsələni operativ həll etmişik”. 
xeberle.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər