Sumqayıt Regional Vəkil Bürosunda ödənişsiz hüquqi yardım göstərilib

1043

Respublika günü və Azərbaycan vəkilliyinin 100 illiyi münasibətilə bu gün əhalinin aztəminatlı təbəqəsinə ödənişsiz hüquqi yardım göstərilib.

ONA-nın yerli bürosuna verilən məlumata görə, büroda fəaliyyət göstərən 11 nəfər vəkildən 10 nəfəri tərəfindən bilavasitə göstərilən hüquqi yardımdan gün ərzində əhalinin aztəminatlı təbəqəsinə aid olan 38 nəfər yararlanıb. Benefisiarların əksəriyyəti Sumqayıt şəhər sakinləri və Sumqayıtda məskunlaşmış qaçqın və məcburi köçkünlər olub, bir nəfər Bakı şəhər sakini, bir nəfər isə Quba rayon sakini də pulsuz hüquqi yardım alıb.

Ödənişsiz hüquqi yardım təkcə məsləhətlərin verilməsi ilə məhdudlaşmayıb, iddia ərizələri, apelyasiya şikayətləri, dövlət orqanlarına ərizə və şikayətlər yazılıb.

Büronun kollektivi kütləvi ödənişsiz hüquqi yardım aksiyalarının mütəmadi olaraq keçirilməsi barədə qərar verib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər