Sumqayıt sakini Bakıda qəzaya düşdü: ölən və yaralanan var

1445

Bakıda yol qəzası baş verib.

“Report” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, avqustun 28-də saat 18 radələrində Bakı şəhər sakini Tarıyel Babayevin idarə etdiyi “Ford” və Sumqayıt şəhər sakini Rüfət Məhərrəmovun idarə etdiyi “Volkswagen” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü xəstəxanaya yerləşdirilib, R.Məhərrəmov orada ölüb, T.Babayevə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Sabunçu rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər