Sumqayıt sakininin evindən tank mərmiləri tapılıb

741

Yanvarın 23-də Sumqayıtda tank mərmiləri tapılıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində fərdi yaşayış evlərin birində döyüş sursatlarının aşkarlanması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış sursatların döyüş başlığı olmayan 125 mm tank mərmilərinin olduğu müəyyən edilib.

Xilasedicilər tərəfindən ərazidə əlavə axtarış işləri həyata keçirilib.

LENT.AZ

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər