Sumqayıt şəhər 11 saylı körpələr evi-uşaq bağçasında yeni il şənliyi keçirilib

4080

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Sumqayıt şəhərindəki 11 nömrəli körpələr evi-uşaq bağçasında bayram şənliyi keçirilib.

Tədbirdə çıxış edənlər uşaqları əlamətdar bayramlar münasibətilə təbrik edib, onlara xoşbəxtlik və firəvan həyat arzulayıblar.

Şaxta baba və Qar qız maraqlı səhnəciklərlə, oyunlarla uşaqları şənləndiriblər. Rəngarəng kompozisiya ilə davam edən bayram tədbirində uşaqlar şeirlər söyləyib, şən mahnılar və rəqslər ifa ediblər.

Şənlik xoş əhval-ruhiyyə və əsl bayram ovqatı yaradıb, balacalara əyləncəli anlar yaşadıb. Bayram tədbirində uşaqlara Yeni il hədiyyələri verilib.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər