Sumqayıt “Şəhər günü”nə tam hazırdır

602

Bu gün Sumqayıtda “Şəhər günü” keçiriləcək.

Bu tədbirə hazırlıqlar artıq bir necə aydır ki, davam edir. Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Namiq Qaffarovun AzərTAc-a verdiyi məlumata görə, bu il keçiriləcək “Şəhər günü” daha maraqlı olacaqdır. Bayram münasibətilə Rusiyadan məşhur bir qrup dəvət olunmuşdur. Dövlət rəqs ansamblının çıxışı da nəzərdə tutulmuşdur. Bu tədbirdə rayonlarımızda fəaliyyət göstərən müxtəlif musiqi kollektivləri iştirak edəcəklər. Təbii ki, yerli musiqi kollektivləri də “Şəhər günü”ndə maraqlı proqramla hamıya sevinc bəxş edəcəklər. Rəsmi keçiddən sonra motofristayl da təşkil olunacaqdır.
Ötənilki kimi, bu dəfə də “Şəhər günü”nün proqramı Sumqayıtın qədim yaşayış məskəni olan Corat qəsəbəsindən başlanılacaq və tədbir yeni istifadəyə verilən Bayraq meydanında davam etdiriləcəkdir.
N.Qaffarovun sözlərinə görə, artıq qədim Corat qalasının bədii-tərtibat işləri yekunlaşmışdır. Tədbirin Coratdan başlanılmasının da öz səbəbləri – üstünlükləri vardır. Çünki həmin qəsəbə 2000 il yaşı olan bir insan məskənidir və bu məkanın təbliğatı baxımından çox vacibdir. Ətrabə Rzayeva, AzərTac

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər