Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri şəhər sakinlərinə səsləndi:"Vaxtında müracət edin!"

3080

“Təəssüf ki, bəzi şəxslər vəziyyəti ağırlaşdıqdan sonra xəstəxanaya müraciət edir ki, bu da müəyyən çətinlik yaradır.”

Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıxova sumqayitxeber.com-a açıqlamasında Sumqayıt şəhərindəki son vəziyyəti şərh edərkən bu barədə danışıb.

S.Sadıxovo bildirib ki, hərarəti olan və digər kliniki əlamətləri olan şəxslərin xəstəxanaya vaxtında müraciət etməməsi bir çox hallarda xəstələrin ağırlaşması ilə nəticələnir. Bütün hallarda hərarətli və klinik əlamətləri olan şəxslər dərhal müraciət etməlidirlər.

Şəhər Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıxova bildirib ki, Sumqayıt şəhərindəki xəstəxanalarda əhaliyə keyfiyyətli tibb xidmətinin göstərilməsi üçün hər cür şərait mövcuddur.

Öskürəkboğaz ağrısı, baş ağrısı, yüksək hərarəti olan şəxslər dərhal Təcili Tibbi Yardım stansiyalarına, Sumqayıt şəhər bir nömrəli xəstəxananın yolxucu xəstəliklər şöbəsinə, sahə həkimlərinə telefon vasitəsi ilə müraciət etməklə xəstəliyin gedişatının yüngül keçməsinə nail ola bilərlər.

Artıq “qaynar xətt” vasitəsi ilə də şəhər sakinləri bizə müraciət edə bilərlər. “65-5-76-41 “qaynar xətt” nömrəsi 24 saat ərzində əhalinin xidmətindədir. Bir daha şəhər sakinlərini vaxtında bizə müraciət etməyə səsləyirik.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər