Sumqayıt yol polisindən əhaliyə MÜRACİƏT

1548

Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq məktəblərin qarşısında və təhsil ocaqlarına gedən yollardainsanların sayı artdığından yollarda nəqliyyatın hərəkət intensivliyinin də yüksələcəyi bildirilir. Belə hərəkət zamanı yollarda təhlükəsizliyin təmin olunması məqsədilə Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi hərəkət iştirakçılarına müraciət edib.

Şöbənin təbliğat inspektoru İsmayıl İsmayılov məlumat verib ki, sentyabrın 15-də piyadaların, həmçinin də nəqliyyatın hərəkətində intensivlik artacaq: ” Sürücülər hərəkətin intensiv olduğu yerlərdə daha da diqqətli olmalıdırlar. Piyada keçidlərində piyadalara yol verilməməsi, sürət həddinin aşılması təhlükəli hadisələrə yol aça bilər. Bunun üçün də sürücülər ilə yanaşı piyadalar da yol keçərkən ehtiyatlı davranmalıdırlar. Xüsusilə də ibtidai sinifə gedəcək uşaqların valideyinləri yolu keçərkən öz həyatlarını təhlükəylə üzbəüz qoyacaq ehtiyatsızlıqlara yol verməsinlər. Hərəkətin intensiv olduğu magistral yollarda piyada keçidlərindən istifadə etsinlər”. xeberle.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər