Sumqayıtda 2,8 milyon kvadratmetr əraziyə asfalt örtüyü döşənib

1458

Son 3 il ərzində Sumqayıtda 2,8 milyon kvadratmetr əraziyə asfalt örtüyü döşənib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qurum tərəfindən hazırlanmış xüsusi proqram çərçivəsində prospekt və küçələr, eləcə də təmirə ehtiyacı olan mikrorayon və məhəllədaxili yollar mərhələli şəkildə təmir olunur.

Son 3 il ərzində Sumqayıt şəhərində ümumilikdə 37 prospekt və küçədə uzunluğu 85 kilometr olmaqla 1,3 milyon kvadratmetr əraziyə asfalt örtüyü döşənilib.

 Şəhərin 26 məhəllə və mikrorayon ərazisində isə ümumilikdə 1,5 milyon kvadratmetr əraziyə asfalt vurulub.

Son illərdə Sumqayıt şəhərində mövcud yolların təmir olunması ilə yanaşı yeni yollar da salınıb. Şəhər ərazisində uzunluğu 7 kilometr olan 4 yeni yol salınıb.

2019-cu ildə də Sumqayıt şəhərində yol infrastrukturunun inkişafı ilə bağlı tədbirlər planı hazırlanıb. İl ərzində 50 km uzunluğunda şəhərdaxili küçə və yolların, 1,5 milyon kvadratmetr məhəllədaxili ərazidə yeni asfalt örtüyünün salınması işləri davam etdiriləcək.

Digər mətbuatda:

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər