Sumqayıtda ağır yol qəzası baş verib

886
Sumqayıt şəhər Koroğlu küçəsi, 10-cu mikrorayon ərazisində “VAZ 2107” markalı 50 BD 046 dövlət nömrə nişanlı avtomaşın yoldan ötən 50-55 yaşlı naməlum piyada qadını vurub. Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nəqliyyat hadisələrinin inspektoru, polis mayoru Qoşqar Abbasovun SİA-ya verdiyi məlumatına görə, piyada təcili olaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.
Piyadanı vuran “VAZ 2107” markalı avtomaşının sürücüsü Azər Sadıqov daha sonra 7 nömrəli marşurut kimi fəaliyyət göstərən “Daevoo” markalı 50 AD 768 nömrə nişanlı avtobusa dəyib. Nəticədə “VAZ 2107” markalı avtomilin sürücüsü də ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, hər iki xəstənin vəziyyəti ağırdır, sürücünün isə ayağının sındığı bildirilib.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Ceyhun Eyyubov, SIA

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər