Sumqayıtda deputat qəbul keçirib – FOTOLAR

646
Bu gün Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının binasında 44 saylı Sumqayıt – Xızı seçki dairəsinin deputatı Müşfiq Məmmədli qəbul keçirmişdir.
Xeberle.com-a verilən məlumata görə, ilk olaraq “Supreme” mebel şirkətinin rəhbəri Samir Mehdiyev ilə görüşən millət vəkili hazırda ölkədə yaradılan biznes mühiti haqda söhbət açmış, dövlət tərəfindən kiçik və orta biznesə göstərilən diqqətdən bəhs etmişdir. Görüş zamanı şirkət rəhbəri ilə biznesin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Daha sonra Sumqayıtda fəaliyyət göstərən BMT-nin İnkişaf Proqramı və USAİD tərəfindən yaradılmış Qadın Resurs Mərkəzinin koordinatoru Günel Ələkbərova ilə görüş keçirilmişdir. Günel Ələkbərova yeni yaradılmış mərkəz haqqında, həmçinin, gələcəkdə görüləcək işlər barədə ətraflı məlumat vermişdir. Deputat Müşfiq Məmmədli mərkəzin gələcək fəaliyyətində uğurlar arzulayaraq dəstək olmağa hazır olduğunu qeyd etmişdir.
Daha sonra Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbənin aparıcı məsləhətçisi Ülvi Məmmədovun iştirakı ilə Sumqayıt şəhər Kottec yaşayış massivi Məscidinin imamı, icma sədri Mirfəyaz Fəttayev və icmanın nümayəndələri ilə görüş keçirilmişdir. İlk olaraq millət vəkili Müqəddəs Ramazan ayı münasibətilə gələn qonaqları təbrik etmişdir. Eyni zamanda prezident cənab İlham Əliyevin milli mənəvi dəyərlərə verdiyi qiymət, bu yöndə qurulan infrastruktur barədə söhbət açaraq görülən işlərin dövlətin dinimizə eləcə də din adamlarına olan diqqət və qayğısının bariz nümunəsi olduğunu qeyd etmişdir. Söhbət zamanı Kottec yaşayış massivində yenidən qurulan Məscid haqda fikir mübadiləsi aparılmışdır.

Sumqayıtda deputat qəbul keçirib - FOTOLAR

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər