Sumqayıtda “Əsgərə Məktub” layihəsi – FOTOLAR

1735

“ASAN Könüllüləri” Təşkilatı Sumqayıt nümayəndəliyi və Sumqayıt “ASAN Xidmət”in təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən ümumtəhsil məktəblərində “Əsgərə Məktub” layihəsi çərçivəsində tədbirlərə start verilib.

İlk tədbir Sumqayıt şəhərində yerləşən H.Quliyev adına Qubadlı rayon Çaytumas kənd tam orta məktəbində baş tutmuşdur. Əvvəlcə vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra şagir və məllimlərə layihə haqqında ətraflı məlumat verilmişdir.

Sonda Sumqayıt “ASAN xidmət” mərkəzinin könüllüsü, aprel döyüşlərinin iştirakçısı Emin Yunusov və şagirdlər ürək sözlərini məktublarda əsgərlərimizə ünvanlayıblar. #AKT #ASANKönüllüləri #ƏsgərəMəktub

sumqayitxeber.com, Cəbrayıl Camallı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər