Sumqayıtda fəaliyyət göstərən gənclər təşkilatının rəhbəri Fransada səfərdədir

686

“SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatının sədri Tofiq Sadıxov Fransanın Strasburq şəhərində səfərdədir.

İyulun 2-dən 9-na qədər Strasburqda Avropa Gənclər Mərkəzində “Youth Peace Camp” ( “Gənclərin Sülh Düşərgəsi”) təşkil olunacaq. Bu tədbir Avropa Konsulluğu tərəfindən 2004-cü ildən bəri hər il keçirilir. Düşərgədə konfliktli ölkələrin gəncləri iştirak edir. Bu dəfə də Kosova (alban və serb etnik qrupları), Serbiya, İzrail, Fələstin Muxtariyyəti, Azərbaycan və Ermənistandan olan 18-25 yaş arası 36 gənc iştirak edir.

Azərbaycan bu beynəlxalq düşərgədə 7 nəfər ilə təmsil olunur. Tofiq Sadıxov “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatının tam hüquqlu üzvü olduğu “Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası”nı təmsil edir.

Birliyin sədri Tofiq Sadıxov “Sumqayitxeber.com” açıqlamasında bildirmişdir ki, “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı 2008-ci ildən bu şuranın üzvüdür və şura ilə mütəmadi olaraq birgə layihələr həyata keçirir. Hal-hazırda şura ilə artıq ikinci ildir davam edən “No Smoking-Sağlam həyat tərzi” kampaniyası davam edir. Kampaniya çərçivəsində “30 may 30 iyun – Tütünsüz aylıq” təşkil edilib. Artıq ikinci ildir ki təşkil edilən bu kampaniya ərzində siqaretin zərərləri ilə bağlı informasiya sesiyaları və seminarlar, siqaretin ziyanlarından bəhs edən bədii və sənədli filmlər nümayişi, “Tüstüsüz Həyat” devizi altında velo-yürüşlər təşkil olunur. Hələlik Bakı və Sumqayıtda baş tutan seminarlar iyul ayından etibarən Respublikanın degər şəhər və rayonlarında keçiriləcək.

Xatırladaq ki, “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı 2006-ci ildə bir qrup aktiv gənc tərəfindən yaradılıb. Bu il 5 illiyini qeyd edən ictimayi birlik Sumqayıtda Debat Təhsil proqramını, Avropa komissiyasının “Gənclər Fəaliyyətdə” (“Youth in Action”) proqramını, British Council-ın “Aktiv Vətəndaşlıq” (“Active Citizens”) proqramını həyata keçirir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər