Sumqayıtda gənclər Cümhuriyyətinin 100 illiyini qeyd etdi

990

Mayın 24-də Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı Gənclər Birliyi və Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirib.

Tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatı sədrinin gənclərlə iş üzrə müavini Elmar Xəlilov  28 May gününün Azərbaycan üçün tarixi önəmindən bəhs edib. O, 1918-ci ildə yaradılan və bu il 100 illik yubileyinin qeyd olunduğu Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik respublika olduğunu qeyd edib və mövcud olduğu qısa müddətdə gördüyü mühüm işlərdən danışıb. 1991-ci ildə müstəqilliyin bərpasından sonra Azərbaycanın üzləşdiyi problemlər, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bunun nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin qətiyyəti və müdrik rəhbərliyi sayəsində Azərbaycanın müstəqilliyinin və suverenliyinin qorunduğu, davamlı inkişaf strategiyasının əsasının qoyulduğu qeyd olunub.

Çıxış edən gənclərdən Pərvanə Kazımbəyova, Samirə Vəliyeva, Elmira İbadova, Tural Əlibabayev AXC-nin yaranması və süqutu, respublikamızın SSSR-inin tərkibində olduğu dönəmdən, eləcədə Azərbycanın yenidən müstəqilliyinin elan etməsi barədə maraqlı tarixi faktları tədbir iştirakçılarının nəzərinə çatdırıblar.

Sonda çıxış edən YAP Sumqayıt şəhər təşkilatı sədrinin təşkilati məsələlər üzrə müavini Vəzirxan Ənsərov Azərbaycanın keçdiyi uğurlu inkişaf yolu, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi nailiyyətlər, inkişaf strategiyası, Azərbaycanın geosiyasi önəmi və regional proseslərdə, habelə Avropanın enerji təhlükəsizliyindəki rolu, dövlətçiliyin daha da gücləndirilməsi üçün atılan addımlar, ölkədə təşkil olunan beynəlxalq səviyyəli tədbirlər barədə danışıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər